news-details

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımıza müraciət edib

Səfirlikdən daxil olan müraciətdə deyilir: “Çox dəyərli həmvətənlərimiz, soydaşlarımız, Azərbaycan vətəndaşları! Bu gün beynəlxalq arenalarda, cəbhədə uduzan Ermənistan hiyləgər siyasət yeridərək dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıları təxribata çəkir. Onlar ayrı-ayrılıqda vandal hərəkətlərini videoya çəkib yaymaqla, sizləri təxribata vadar edirlər. Biz öz gücümüzü cəbhədə göstərmişik və bundan sonra da düşmən layiqli cavabını alacaq. Qətiyyən təxribatlara uymamaq lazımdır, səbirlə, yaşadığınız ölkənin qanunlarına uyğun hərəkət etməyinizi xahiş edirik. Çünki düşmən çox hiyləgərdir, döyüşü Qarabağdan yayındırıb, uzaq yerlərə, məkanlara daşımaq istəyir”.

Müraciətdə daha sonra qeyd edilir: “Sizin hər bir səbirsiz və düşünülməmiş emosional hərəkətinizi düşmənlərimiz Azərbaycana qarşı istifadə edərək, imicimizi zərbə altında qoymağa cəhd edir. Biz onlara bu fürsəti və imkanı verməməliyik. Biz Vətənə misilsiz sevgimizi - inanırıq ki, bu an uzaqda deyil - Qarabağın azadlığı uğrunda göstərəcəyik!”.

Hibya Haber Ajansı